Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Metroda problem yarandı

Metroda problem yarandı

Bakı metrosunda qatarların hərəkətində gecikmələr yaranıb.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini  təmin edən sxemdə baş vermiş nasazlığa görə hazırda  Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur: “Bəzi qatarlar arasında intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunur”.

B. Məmmədov həmçinin bildirib ki, bəzi qatarlar qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir.

Həmçinin oxuyun

Həftəsonları kafe və restoranlar işləyəcək? – Nazirlər Kabineti açıqladı

Azərbaycanda karantin rejimi növbəti dəfə yanvarın 25-dən yumşaldılıb. Belə ki, həmin tarixdən ticarət obyektləri, bərbərxanalar və …