Ana səhifə / Aktual / “Metro City Hotel”in sahibi dələduzluqda ittiham olunur… – Müraciət

“Metro City Hotel”in sahibi dələduzluqda ittiham olunur… – Müraciət

Bir qrup peşəkar hotel işçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri S.Möhbalıyevdən kömək istəyir

“Metro City Hotel”i təşkil edən bir qrup peşəkar hotel personalı tərəfindən “Təzadlar”ın elektron poçtuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səttar Möhbalıyevə ünvanlı müraciət daxil olub.

Müraciətdə deyilir:

“Hörmətli Səttar müəllim!

Biz yeni açılacaq “Metro City Hotel”in təşkili və açılışı üçün dəvət edilmişdik. Dəvət edən isə “Azəri Türk Hotellər” qrupunun rəhbəri olmuş Murad adlı şəxsin dostu Mehmet Ayan idi.

Biz hoteldə işləyəcək peşəkar personal yığaraq son ay yarımda gecə-gündüz çalışdıq ki, “Metro City Hotel”in bütün çatışmayan işlərini avqustun 16-a kimi başa çatdıraq. Biz öz şəxsi büdcəmizdən nəqliyyata, qidalanmaya, rabitəyə və s. müxtəlif maddi xərclər tələb olunan yerlərə məsrəf etməklə həvəslə işlədik ki, gələcəkdə burada işimizi rahat davam etdirək.

Çox təəssüflər olsun ki, hotelin açılışına bir gün qalmış (15 avqustda) Murad adlı şəxs “Riyad” mühafizə şirkətinin və əvvəldən planlaşdırdığı işçi əməkdaşlarla birlikdə hotelə daxil olaraq bütün depertament rəhbərlərinə ağır şərtlər irəli sürdü.

Belə ki, personalın iş saatı yükünün 15 saata qədər artırılmasını, məvacibin 50 faiz azaldılmasını və əvvəlcədən təlim və treyninq görmüş peşəkar heyətin ən azı yarısının saxlanmasını depertament rəhbərliyinə tapşırdı. Biz otel sisteminin peşəkarları olaraq belə əsassız və “5 ulduzlu” hotel standartlarına cavab verməyən məntiqsiz tələbə qəti etirazımızı bildirdik. Bu zaman hər gün hotelə gəlib gördüyümüz işlərə “Allah köməyiniz olsun!” deyən şəxs (Murad) bizi tanımadığını və bizə gördüyümüz işlərin qarşılığında heç bir borcunun olmadığını və əlində hazır kadrların olduğunu bildirərək “Riyad” mühafizə şirkətinin əməkdaşlarına dərhal bizi hoteldən uzaqlaşdırılmağımızı əmr etdi. Biz isə qarşılığında belə hotel təcrübəsi kasad olan, mədəniyyəti, qabiliyyəti olmayan Murad adlı şəxslə bir nəfər kimi özümüzə hörmət əlaməti olaraq heç vaxt işləyə bilməyəcəyimizi bildidik. Sonra da əziyyət çəkib «Metro City Hotel»i tam hazır vəziyyətə gətirdiyimiz günlərin haqqının dərhal ödənilməsini tələb etdikdə, Murad “Mən sizi işə dəvət etməmişəm, sizi tanimiram” cavabını verdi.

Muradın əvvəlcədən bizə qarşı planlaşdırdığı bu hərəkəti o anlama gəlir ki, bu adam bizim etibarımızdan və peşəkarlığımızdan süi-istifdə etdikdən, yəni iş başa çatdıqdan sonra o öz təcrübəsiz adamlarını bizim əvəzimizə rəhbəri olduğu hotelə təyin edib hoteli əvvəl və indi idarə etdiyi otellərin – “Hotel 28 Baku”, “Gorgud time”, “Oscar”, “Riva”, “Sarg Plaza”, “Iva”, “Old Baku” kimi hotellərin pis gününə salsın. Yəni o, bizim peşəkarlığımızdan istifadə edərək, sonra da qovmaqla birbaşa dələduzluq etmiş, hətta haqqımızı verməmişdir. Eyni zamanda, adları çəkilən və Murada həvalə edilən bu hotellərdə də xarici vətəndaşları işə qanunsuz cəlb etməklə qul kimi işlətdiyini, vergi və gömrük rüsumlarından yayındığını, təcrübəsiz işçiləri 15 saat az əməkhaqqı ilə işlətməyi nəticəsində xidmət keyfiyyətinin necə aşağı düşməsi nəticəsində hotellərin imiclərini zərbələr altına qoymuşdur.

Hörmətli Səttar müəllim!

Siz bir ağsaqqal olaraq “Metro City Hotel”in vəziyyətilə yerində tanış olmaq üçün son günər etdiyiniz ziyarətlər zamanı özünüz şəxsən bizim gördüyümüz işlərin canlı şahidi olmuşsunuz. Bu barədə nəsə deməyə ehtiyac görmürük. Sadəcə, sizdən bir ağsaqqal kimi xahiş edirik ki, yuxarı dövlət orqanlarına müraciət etməmişdən əvvəl bizimlə Murad arasında olan əməkhaqqı ilə bağlı problemin tezliklə həll olunmasına köməklik göstərəsiniz.

Əvvəlcədən sizə təşəkkür edirik.

Hörmətlə,

“Metro City Hotel”in yaradıcı işçi heyəti olmuş şəxsər: Yaqub Əzizov, Təhmasib Həmidzadə, Rüstəm İbrahimov, Rəfael Rzayev, Nizami Qasımov, Fərid Quliyev, Özal Əliyev, Nəzifə Abbasova, Sevil Hacıyeva və Nəbi İsayev”.

Qeyd: Şikayətçilərin redaksiyamıza prezident cənab İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış müraciəti də daxil olub. Həmin müraciət çapa hazırlanır.

Şikayətlə bağlı daha geniş yazını “Təzadlar” qəzetinin sabahkı sayında oxuya bilərsiniz. Bizi izləyin.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …