Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Merkel Ərdoğanla Suriyanı müzakirə edib

Merkel Ərdoğanla Suriyanı müzakirə edib

Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits bildirib. Onun sözlərinə görə, liderlər əsas Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, Merkel Türkiyənin Suriya qaçqınlarının qəbulu məsələsində rolunu xüsusi qeyd edib. O, həmçinin İŞİD terror təşkilatının hələ də təhlükəli olduğunu diqqətə çatdırıb.Azvision.az

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …