Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Aktual / Meriyadan xəbərdarlıq – “Maşını burada saxlamayın”

Meriyadan xəbərdarlıq – “Maşını burada saxlamayın”

Bakı Şəhər İcra Hakimiyyəti son günlər küləyin güclənməsi ilə bağlı əhaliyə müraciət edib. Meriyanın Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəçi İdarəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, güclü külək avqust ayı ərzində çoxlu hündür və iri gövdəli ağacı aşırıb. 

O.Məmmədov paytaxt əhalisinə xəbərdarlıq edərək küləkli havalarda avtomobillərini böyük ağacların yanında saxlamamağı xahiş edib: “Yalnız bu gün ərzində şəhərin 6 yerində ağac aşıb. Onların biri, Nəsimi rayonunda baş verən hadisədə ağac avtobus dayanacağının üstünə düşüb. Amma xəsarət alan olmayıb, ciddi ziyan yoxdur”.

Meriya rəsmisi qeyd edib ki, Bakıda torpağın münbit olmaması sağlam ağacların da aşmasına səbəb olur.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Professor: “Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir”

“Dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir”. “Report” …