Ana səhifə / Aktual / Meksikada baş vermiş zəlzələdə ölənlərin sayı 200 nəfəri keçib

Meksikada baş vermiş zəlzələdə ölənlərin sayı 200 nəfəri keçib

Meksikada zəlzələ nəticəsində 200 nəfərdən çox adam ölüb.

“Guardian” yazır ki, dağıntıların altında xeyli insan qalıb. Meksika prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb: “Hazırda əsas işimiz dağıntılar altında qalmış insanları xilas etmək və xəsarət alanlara yardım etməkdir”.

Dövlət başçısı deyib ki, zəlzələ ilə əlaqədar Mexio şəhərinin 40%-də , Morelos ştatının isə 60 %-də elektrik enerjisinin verilişi kəsilib.

*   *   *01:52

Meksikanın Morelos ştatında 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Qrako Ramires bildirib.

Bundan əvvəl paytaxt Mexikodakı zəlzələ nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilirdi.

***00:19

Meksikanın paytaxtı Mexiko ərazisində güclü zəlzələ qeydə alınıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, ilkin məlumata görə, yeraltı təkanların maqnitudası 6,8 təşkil edib.

Zəlzələnin episentri Mexikonun şərqinə düşüb.

Öz növbəsində bəzi kütləvi informasiya vasitələri maqnitudanın 7,4 olduğunu yazır.

Zəlzələni baş verdiyi ərazidə evlərin boşaldıldığı, küçələrin bağlandığı və əhali arasında panika yaşandığı bildirilir.

O da qeyd olunur ki, Mexiko beynəlxaq hava limanı fəaliyyətini dayandırıb.

\"\"

\"\"

\"\"

\"\"

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın