Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Mehriban Xanlarova qızının əsl valideynlərini açıqladı – Foto

Mehriban Xanlarova qızının əsl valideynlərini açıqladı – Foto

“Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır”.
Musavat.com bildirir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova öz “İnstagram” səhifəsində yazıb. Aktrisa illər sonra şəxsi həyatı ilə bağlı gizlinləri açıqlayaraq bildirib ki, doğma qızı kimi təqdim etdiyi Aysel əslində bacısının övladıdır. Mehriban Xanlarova bu sirri açmağının səbəbi barədə də qeyd edib:
Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim sağ ikən xalqım bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.
İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək”.
Aktrisa həmçinin qeyd edib ki, səhhətində problemlər olduğundan bu barədə jurnalistlərə müsahibə vermək istəmir.
Xatırladaq ki, aktrisa Mehriban Xanlarova iki dəfə ailəli olub. Buna qədər qızı kimi təqdim etdiyi Ayselin onun birinci evliliyindən olduğu bildirilirdi. Aktrisanın ikinci evliliyi də uzun çəkməyib və bu izdivacdan da övladı yoxdur.
 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın