Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “Mehriban xanım Əliyeva İmam Hüseyn məscidini ikinci dəfə həyata qaytardı” – Hacı Əbdül

“Mehriban xanım Əliyeva İmam Hüseyn məscidini ikinci dəfə həyata qaytardı” – Hacı Əbdül

“İmam Hüseyn məscidinin açılışı və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüş çox gözəl keçdi”.
Azinforum.az xəbər verir ki, bunu “Report”a açıqlamasında məscidin axundu Hacı Əbdül deyib.
O, məscidin Mehriban Əliyeva tərəfindən ikinci dəfə həyata qaytardığını vurğulayıb: “Bu günə qədər məscid bir dəfə də olsun əsaslı təmir edilməmişdi. “Tövbə” cəmiyyəti olaraq hər yerə müraciət etmişdik ki, məscid əldən gedir və təmirə ehtiyac var. Çünki həmin məscid qədim tarixi və təkrarı olmayan ibadət məkanıdır. Nəhayət Mehriban xanıma müraciət etdik. Sağ olsun ki, bizim müraciətimizi qəbul edərək məscidi əsaslı surətdə və gözəl şəkildə təmir etdirərək dindarlara qaytardı”.
Hacı Əbdül qeyd edib ki, məscid dünəndən etibarən ibadətə açılıb: “Hətta dünən axşam namazı da qılınıb”.
Xatırladaq ki, ötən gün Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.
Qeyd edək ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub. Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılmışdı.

 

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …