Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Mehriban Əliyeva Birinci vitse-prezident postunda bir il…

Mehriban Əliyeva Birinci vitse-prezident postunda bir il…

Yeganə Hacıyeva: “Mehriban Əliyevanın daha öncələr də dövlət idarəçiliyində mühüm rol almış institutların yaranması və formalaşmasında əvəzsiz təcrübəsi mövcuddur”

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından bir il ötür. Bu təyinat 2016-cı il Konstitusiya referendumundan sonra ən mühüm hadisə kimi ölkənin içində və beynəlxalq arenada diqqət mərkəzinə çıxdı. Əslində, bu təyinata qədər də Mehriban Əliyevanın fəaliyyətində diqqətçəkən çoxlu məqamlar və nəticələr var idi.

Foto- Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, olduqca önəmli olan bu təyinat və yeni bir dövlət idarəetmə strukturunun yaradılmasına münasibəti müsbət olub: “Bilirsiniz ki, 16 sentyabr 2016-cı ildə keçirilən referendumda yenilənmiş Konstitusiyada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələri təsis edilib, yenilənmiş Konstitusiyanın müddəalarına görə, Birinci vitse-prezident və digər vitse-prezidentlərin təyinatı və azad edilməsi səlahiyyəti Prezidentə məxsusdur.

İlk dəfə ABŞ-da yaradılmış vitse-prezidentlik institutu hazırda dünyanın 70-ə yaxın ölkəsində dövlət idarəçiliyində tətbiq olunan uğurlu bir təsisatdır. Qeyd edim ki, bu ölkələrin böyük əksəriyyətində Azərbaycan Respublikasındakı kimi prezident üsul-idarəsi mövcuddur.
Bildiyiniz kimi, vitse-prezidentlik institutu Azərbaycanın Konstitusiya sistemində yeni institutdur. Onun yaranmasında əsas məqsəd ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təmin olunması və inkşaf etdirilməsi üçün, siyasi və idarəetmə sistemindəki stabilliyin qorunması, islahatların daha aktiv həyata keçirilməsi üçün prezidentlik institutunun gücləndirilməsinə xidmət etməkdir.
Daha öncə də qeyd etdiyim kimi, dünyanın bir çox ölkələrində özünü uğurla təsdiq etmiş mexanizm olaraq, vitse-prezidentlik institutunun təsis edilməsi Azərbaycanda dövlət idarəetməsini daha da aktivləşdirmək, cevikləşdirmək, mükəmməlləşdirmək və müasirləşdirmək məqsədini daşıdı.
21 fevral 2017-ci il Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın sədr müavini və millət vəkili, Azərbaycan naminə fədakar fəaliyyət göstərən birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi.

Keçən bir il ərzində vitse prezidentlik institutu struktur olaraq uğurla formalaşıb və proses davam etməkdədir. Qeyd edim ki, Birinci vitse-prezident Mehriban Əliyevanın daha öncələr də dövlət idarəçiliyində mühüm rol almış institutların yaranması və formalaşmasında əvəzsiz təcrübəsi mövcuddur. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi ilə birinci xanım institutu formalaşıb, zəngin regional və beynəlxalq fəaliyyətə malik Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondu yaranıb, onların hamısı uğurla fəaliyyət göstərir.

Bir neçə xarici dil bilən Birinci vitse-prezidentin keçən bir il ərzində Qərb təhsilli gənclərdən ibarət katibliyi formalaşmış, vitse-prezidentlik institutu, Nazirlər Kabineti və Prezident Administrasiyası arasında qarşılıqlı işgüzar münasibətlər qurulmuş və dövlət idarəçiliyinin aktivləşməsi sahəsində fəaliyyət gücləndirilmişdir. Vitse-prezidentlik institutu ölkə və cəmiyyətin həyatında həssas və mühüm məsələlərin həlli, müxtəlif təbəqələrin problemlərinin tənzimlənməsi ilə bağlı genişmiqyaslı fəaliyyətlə məşğuldur. Nümunə olaraq Birinci vitse-prezidentin məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etdiyi ilk müşavirəsini, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş hərbçilərin ailə üzvlərinin problemləri, yaralanmış əsgər və zabitlərin müalicəsi və ailə üzvlərinin problemlərinin həlli istiqamətindəki fəaliyyətini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə Bakının evsahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının yüksək təşkilatçılığını və sair göstərə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …