Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Mehriban Əliyevadan Prezidentə ad günü təbriki

Mehriban Əliyevadan Prezidentə ad günü təbriki

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlət başçısının 58 yaşı tamam olması münasibəti ilə İnstaqram hesabında paylaşım edib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!” – deyə, paylaşımda qeyd olunur.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …