Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Mehriban Əliyeva vətəndaşın problemini həll etdi – Video

Mehriban Əliyeva vətəndaşın problemini həll etdi – Video

Göyçay sakini Seymur Azadovun mülkiyyət hüququ ilə bağlı problemi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında nəzarətə götürülərək, müvafiq qaydada həll edilib. 

“Qafqazinfo” xəbər verir ki, Seymur Azadov Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamlar yarandığından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, müraciət Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən araşdırılmış, məsələnin həlli ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində vətəndaşın avtomobil təmiri emalatxanası üzərində hüquqları təmin olunub, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilib.

Seymur Azadov müraciətinə həssaslıqla yanaşıldığına və məsələnin operativ həllinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …