Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Aktual / Mehriban Əliyeva: “Təəssüf ki, AXC-ninnin ömrü uzun olmadı”

Mehriban Əliyeva: “Təəssüf ki, AXC-ninnin ömrü uzun olmadı”

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Azinforum.az xəbər verir ki, məktubu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinn sədri Hicran Hüseynova oxuyub.

Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edildi:

“Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi. Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür”.

Həmçinin oxuyun

“Biz hamımız gəmi kapitanının ətrafında sıx birləşmiş vahid komandanın üzvləriyik” – Deputat

“Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir. Ölkəmizdə asayişi …