Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Mehriban Əliyeva qazinin müalicəsini nəzarətə götürdü

Mehriban Əliyeva qazinin müalicəsini nəzarətə götürdü

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsini nəzarətə götürüb.
Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat yayıb.
“Bir çoxları bilməsə də, qeyd etməliyəm ki, ağır yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” hərbi hospitalına göndərilib və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar Hacıyev “Gülhanə” hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb”, – deyə Qənirə Paşayeva bildirib.
Deputat qeyd edib ki, bu müddət ərzində Q.Hacıyev hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban Əliyeva göstərib: “Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik. Bu, dövlətimizin maraqlarına zərbə vuran və düşmən sevindirən addımlardır. Digər tərəfdən, hər zaman qazimizin yanında olan insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələri və qazilərimizə dəstəyi hər zaman özlərinə borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbuata adətən məlumatlar vermirlər”.
Millət vəkili Qoşqar Hacıyevlə bağlı məlumat alan kimi Hərbi Hospitala getdiyini, hospitalın rəhbəri ilə ailə üzvlərinin, qazinin dostlarının iştirakı ilə vəziyyəti müzakirə etdiyini söyləyib: “Ailəsi qazimizin yenidən Türkiyəyə göndərilməsini xahiş etdi. Bu məsələni Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə çatdıranda onun dediyi söz “Hər zaman qazimizin yanındayıq” oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini tapşırıb və bu dəstək göstəriləcək. “Gülhanə” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar Hacıyevin “Gülhanə”də müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “Həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər” dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq onun vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …