Şənbə , İyun 6 2020
Ana səhifə / Aktual / Mehriban Əliyeva pilotun ailəsinə başsağlığı verdi, əklil göndərdi

Mehriban Əliyeva pilotun ailəsinə başsağlığı verdi, əklil göndərdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin “MiQ-29” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.
Mia.az-ın məlumatına görə, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həmçinin oxuyun

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.  Yenisabah.az “Report”a istinadən xəbər verir ki, RPŞ-nın rəisi …