Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Mehriban Əliyeva onlarla bağlı tapşırıq verdi – Bütün xərclər ödəniləcək

Mehriban Əliyeva onlarla bağlı tapşırıq verdi – Bütün xərclər ödəniləcək

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən Nazilə Musayevanın əməliyyatı və gələcək müalicə ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq. REKLAM

Eyni zamanda Nazilə Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək. 

Həmçinin oxuyun

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib

Aprelin 25-də Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik …