Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib – FOTOLAR

Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib – FOTOLAR

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Mia.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.
Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.
Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …