Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstagram səhifəsində 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı paylaşımı olub.
Paylaşımda qeyd edilib ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub:
“Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlib. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik”.
