Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Aktual / Mehriban Əliyeva da Qusmanı təbrik etdi

Mehriban Əliyeva da Qusmanı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanla bağlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, M. Əliyeva Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib:

“Bu gün İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.

Həmçinin oxuyun

Helikopter qəzasında yaralanmış hərbçilər dindirildi

Helikopter qəzasında 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin …