Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi – Foto

Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi – Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb. 

Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək. 

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …