Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Aktual / Mehman Hüseynovun iki fotosu birilərini necə rəzil etdi…

Mehman Hüseynovun iki fotosu birilərini necə rəzil etdi…

Əvvəl ilqar Məmmədov faktından istifadə edirdilər, “İlqara azadlıq” deyə, sinələrini Bakı və Avropa küçələrində yerə sürtürdülər, indi də istifadədə Mehmandır

Mehman Hüseynov aclığı dayandırdı, amma Əli Kərimli hələ də “acdır”. AXCP sədri dünən axşam facebook üzərindən çıxdığı canlı yayınlarda hələ də Mehmanın aclıq aksiyasından danışırdı. Bu adamlara sanki bir bəhanə lazım. Mehmanın aclığı ölənəcən davam etdirməsini və onun canı bahasına iqtidara “qış hücumu” təşkil olunmasını arzulayırmış…

Onun kimi başqa istifadəçilər də var.

İndi məlum olur ki, Mehman cəmi 1 gün aclıq edib, Penitensiar Xidmətin açıqlamaları doğru imiş. Mehman Hüseynovun 8 yanvarda, türmədən yayılan fotolarından da aydın görünən budur ki, o, heç bir qida qıtlığı yaşamayıb. Zaman-zaman bizlər də aclıq aksiyalarına qatılmışıq. Bu məsələdə bizim qəzetə çatan heç olmaz. O baxımdan, aclıq keçirən adamların hansı durumda olduğunu, nə qədər çəki itirdiyini dəqiq bilirik. Mehman qardaşımız isə, namxuda, bir kilo da çəki itirməyib, tam əksinə, xeyli kökəlib. Allah bu gəncin qapısını açsın, daha da yaxşı olsun.

Lakin Azərbaycanın bəzi karikatura müxalifətinin yığvalı bağlı qalıb, açılmır. Onlar yalnız fürsətə, marığa yatmaq taktikası ilə yaşayırlar, mövcudluqlarını sürdürürlər. Bu fürsətlərdən biri də Mehman Hüseynovun elan etdiyi 1 günlük aclıq aksiyası idi. Özlərinə müxalifət deyən bəziləri bu bir günlük aksiyanı 12 gün təpə-təpə qullandılar, sosial şəbəkələri başlarına keçirib, həşir saldılar; bir neçə adam dərhal aclığa soyundu; guya Mehmana dəstək üçün yatağa girib, aclığa başladı… Çoxlu şəkil çəkdirdilər, çoxlu danışdılar, yazdılar… Canlı yayınlar, debatlar, bəyanatlar.

Mehman üçün o yatağa girənlər var ha, olmayan aclığa dəstək verənlər; çoxlu foto çəkdirənlər… Yəqin onların bir neçəsi az sonra Avropada peyda olub, siyasi sığınacaq istəyəcəklər. Əsasları da Mehman Hüseynova “dəstək aclığı” aksiyasında iştirakları olacaq.

Çox rəzil bir səhnə. Bunlarda heç nə alınmır. Bu dəfə də alınmadı…

Avropadakı sığınmaçılar da yaxşı “işlədilər”. Orada da işi məhkəmədə olan, sığınacaq  ala bilməyən bütün macəraçılar küçələrə töküldü. Orduxan bir yandan, digərləri başqa yandan… Tox Mehmana aclıq dəstəyi üçün… Çoxlu foto-video çəkdirdilər. Onlar da Mehmandan belə istifadə etdilər.

Mehmanın böyük qardaşı da hücumda idi. Emin qardaşını türmədə “ac” saxlayan iqtidara, prezidentə təhqirlər yağdırırdı. İddiası da bu idi ki, qardaşı türmədə ölüm aclığı edir, bu gün-sabah aclıqdan öləcək… Vəkilindən sitat gətirirdi, hər dəfə məlumat yayırdı ki, Mehman ayaq üstə dura bilmir, taqətsizdir, yıxılır, ölüm ayağındadır…

Emin Hüseynov heç zaman leksikonunda işlətmədiyi ifadələri işlətdi. Avropadakı söyüş müxalifətinin sıralarına qatıldı, onlardan biri oldu, dəyərini itirdi…

3-4 hüquq müdafiəçisinin türməyə gedib, son günlərdə daha da kökəlmiş, çox yaxşı formada olan Mehmanla şəkil çəkdirmələri bu gəncdən növbəti dəfə istifadə etməyə çalışanları biabırçı duruma saldı. Mehmanın buğa kimi duruşu, buxaq buraxmış halını əks etdirən fotoları onunla bağlı aparılan aksiyanı da, bu ideologiya üzərindən hakimiyyətə hücum edənləri də rəzil etdi. Sanki iqtidar texnoloqlarının xüsusi bir əməliyyatı idi, hesablanmış proses kimi getdi və Əli Kərimli başda olmaqla, bütün çığırqanları, “hayqırtı bəyləri” bitirdi…

Mən bu gəncin tezliklə türmədən buraxılmasını istəyirəm. Birincisi, özünə görə. Gəncdir, istedadlıdır, kövrək və həssasdır. Türmə onun yeri deyil.

İkincisi isə Əli Kərimli və başqa “hayqırtı bəylər”ə görə iqtidar gərək Mehmanı buraxsın. Əvvəl ilqar Məmmədov faktından istifadə edirdilər, İlqara azadlıq deyə, sinələrini Bakı və Avropa küçələrində yerə sürtürdülər, indi də istifadədə Mehmandır. İlqarı buraxdılar, “fıs”ları yatdı. Üstəlik, bir-birilərinə düşmən oldular; İlqar da bunların hamısına düşmən oldu. İndi materialları Mehman Hüseynovdur, onu onların əllərindən almaq, cəmiyyətə qaytarmaq lazımdır.

Mehman bayırda olanda heç öz qardaşı ilə yola getmirdi. Çıxanda da belə olacaq.

musavat.com

Mehmana azadlıq.

Elshad Memmedli koshe.jpg (40 KB)

Həmçinin oxuyun

Sabah hava necə olacaq? – Proqnoz

Azərbaycanda martın 27-ə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan …