Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Mehman Hüseynov azadlığa buraxılıb

Mehman Hüseynov azadlığa buraxılıb

Həbsdə olan bloger Mehman Hüseynov azadlığa buraxılıb.

Onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası bu gün başa çatıb.

Bloger saxlandığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan sonra Mehman Hüseynov dərhal qəbiristanlığa – anasının məzarını ziyarət etməyə yollanıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …