Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Aktual / Mehman Hüseynov anası dəfn edildi – FOTOLAR

Mehman Hüseynov anası dəfn edildi – FOTOLAR

Həbsdə olan bloger Mehman Hüseynov anasının dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən müvəqqəti azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, hazırda Mehman Hüseynov Qaraçuxur qəsəbəsində yerləşən mənzilindədir. O, musavat.com-a bildirib ki, hələ ki cəzaçəkmə müəssisəsinə nə zaman qaytarılacağı ilə bağlı ona məlumat verilməyib.

M. Hüseynov söyləyib ki, bu işlə onun vəkilləri məşğul olurlar.

Daha sonra mərhum Firəngiz Hüseynova dəfn edilib. Dəfn mərasimində partiya sədrləri, müxalifət camiəsinə aid olan gənc fəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Mərhumun böyük oğlu, QHT rəhbəri Emin Hüseynli isə hazırda İsveçrədə mühacirətdədir.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Ziya Məmmədovun qohumunun daha bir marşrutu əlindən alındı

Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin …