Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı

Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …