Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / MEHDİYEVİN KÜRƏKƏNİ HAKİM QARŞISINA ÇIXARILIR – Bir neçə nəfər cərimələnəcək (FOTOLAR)

MEHDİYEVİN KÜRƏKƏNİ HAKİM QARŞISINA ÇIXARILIR – Bir neçə nəfər cərimələnəcək (FOTOLAR)

Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilir.

“Report” xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

* * *

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.

Onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.

Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. 

Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …