Bazar ertəsi , May 10 2021
Ana səhifə / Aktual / Medianın İnkişafı Agentliyinə mətbuat katibi TƏYİN EDİLDİ

Medianın İnkişafı Agentliyinə mətbuat katibi TƏYİN EDİLDİ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.

Azinforum.az  report-a istinadən xəbər verir ki, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb.

Həmçinin oxuyun

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasında insan ayağı aşkarlanıb. Hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb. Belə …