Ana səhifə / Aktual / “McDonalds” kotletləri belə hazırlanır – Fotolar

“McDonalds” kotletləri belə hazırlanır – Fotolar

Uzun müddətdir ki, dünya və Azərbaycan mətbuatında “McDonalds” haqqında müxtəlif şayiələr yayılır. Kim isə fast food məhsullarının zərərli olduğunu deyib, kim isə qamburgerlərdə istifadə edilən ətlərin təmiz dana əti olmadığını iddia edib.“McDonalds” şirkəti dəfələrlə sözügedən iddiaları təkzib etsə də, hələ də bu söz-söhbətlərə inananlar var.

Məhz bu səbəbdən “McDonalds” Azərbaycan şirkəti bu dəfə Russiyada yerləşən ət istehsal edən “MARR Russia” zavoduna press-tur təşkil edib. Həmin səfərdə “Qafqazinfo”nun əməkdaşı da iştirak edib.

Qeyd edək ki, “MARR Russia” şirkəti Russiya ilə yanaşı Azərbaycan, Qazaxıstan və Belarusiyada fəaliyyət göstərən “McDonalds” şirkətləri ilə əməkdaşlıq edir.

Turda iştirak edən mətbuat nümayəndələrinə Moskva şəhərinin Odinsovo rayonunda yerləşən zavodda bir neçə saatlıq ekskursiya təşkil ediblər .Ət istehsalatı zavoduna daxil olduqda ilk olaraq gözümüzə müəssisədə yüksək səviyyədə olan təmizlik və səliqə – səhmanlıq dəydi. Zavodun konfrans zalında müəssisənin rəhbərliyi tərəfindən jurnalistlərə zavod və kompaniyanın iş prinsipləri, istehsal etdikləri məhsullar barədə ətraflı məlumat verilib, videoçarx təqdim olundu. Biz bildik ki “MARR Russia”şirkəti 16 ildən çoxdur ki qida sektorunda öz liderliyini goruyub saxlamışdır. Bugünkü gündə həmin bu şirkət restoranlar üçün ət istehsalı və təczihatı uzrə ən böyük şirkətlərdən biridir hesab olunur .

“Yüz eşitməkdənsə, bir görmək yaxşıdır” prinsipini əlimizdə əsas tutaraq şifahi məlumatlarımızı praktiki cəhətdən ekskursiya edərək genişləndirdik.

Zavodda iş mühitinə maneə törətməmək üçün prosesi kənardan izlədik. Təmiz dana ətləri hazır şəkildə xüsusi avadanliq tərəfindən lazımı ölçülərdə kəsilir. Həmin ölçülərdən artıq ət məhsulu hazırlanarsa, və yaxud kənarlarında hər hansı bir əyrilik olduqda məhsul yararsız hesab edilir və kənara atılır. Maraqlı odur ki, həmin ətlər ikinci dəfə istehsala göndərilmir və heyvanların qidalanması üçün ayrılır.

-18 C dərəcədə istehsalı davam edən ətlər -43C dərəcədə şok dondurulma proseduru keçir, həmin ətlər mənfi -18 C -23 C dərəcədə soyuducularda 3 ay rəzində saxlanıla bilər.

Bundan əlavə, ət istehsal edildikden sonar 300 termik yoxlamalardan keçir, tərkibi yenidən yoxlanılır və araşdırılır. Ətlərin daxilinə istehsal zamanı havadan, avadanlıqlardan hər hansı bir dəmir hissəciklərinin düşməsinin qarşısını almaq üçün ət məhsulları metal yoxlayıcı detektorlardan keçir.

Dediyimiz kimi ət 300 müxtəlif və çox saylı laborator yoxlanışlardan keçir . Bunlara mikro-bioloji və fizika-kimyəvi yoxlanışlar daxildir. Məhsulun yağlığının tarazlığı lazımı avadanlıqlarda 30 C dərəcədə müəyyənləşdirilir.

Hər bir göndərilən ətin istehsal partiyasının yoxlanılması üçün zavodda mövcud olan mətbəxt laboratoriyası yer alır . Hansındakı hazır ətlər bişirilir və mütəxəsislər tərəfindən onların keyfiyyəti, təhlükəsizliyi araşdırılır. Ətlər sobalara qoyulur, hansı ki, həmin bişirici avadanlıqlar McDonalds restoranlarında da mövcuddur . Sobaya 8 ədəd katlet qoyulur və kənardan olan hər ətlərin dörd küncündən temperatur yoxlanılır. Onu deyim ki, ətlərin temperaturu iki amil – keyfiyyət və qida təhlükəsizliyi üzrə yoxlanılır.

Bundan əlavə zavodda insanın müdaxiləsi olmadan avtomatlaşdırılmış sistem üsulu ilə məhsullar istehsal olunur və qablaşdırılır.

Biz bir daha onun şahid olduq ki, “McDonalds”da təklif olunan məhsullar 100 % dana ətindən hazırlanır, tərkibinə heç bir qatqı, həmçinin duz-istiot kimi ədviyyatlar əlavə olunmur. Həmin ət məhsullarına restoranlarda bişirildikdən sonra duz, isiot vurulur.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …