Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / “Mavi Balina”nın həddindən artıq ictimailəşməsi onun reklamına xidmət edir…”

“Mavi Balina”nın həddindən artıq ictimailəşməsi onun reklamına xidmət edir…”

Son zamanlar “Mavi Balina” oyunu cəmiyyətdə ciddi ajiotaj vəhaqlı narahatçılıq yaradıb. Bu hal tək Azərbaycanda deyil, eyni zamanda digər ölkələrdə də baş verir. Valideynlər narahatlıq hissi keçirir, hər vəchlə uşaqları internetdən uzaq tutmağa çalışırlar.
Mövzunun aktuallığını nəzərə alaraq Narınc Psixologiya Mərkəzinin direktoru Narınc Rüstəmovanın  elə bu mövzuda Moderator.az – a verdiyi müsahibəni sizə təqdim edirik.
– Narınc xanım, Mavi Balina oyunu daha çox hansı yaş qrupunda olan uşaqlara təsir göstərir?
– Bu əsasən yeniyetmə yaşında olan uşaqlara təsir edir. Bu da ondan irəli gəlir ki, həmin yaşda olan uşaqlar ailəyə, cəmiyyətə daha çox üsyankar olurlar. Belə halları xüsusilə ailə diqqətindən kənar qalmış uşaqlarda daha çox müşahidə edirik. Ata ana arasında olan konfliktlər, və yaxud da natamam ailədə böyüyən uşaqlar daha çox aqressiv olurlar. Bununla yanaşı bəzi ailələrdə uşaqlara daha çox məhdudiyyətlər qoyulur. Belə ailələrdə uşaqlar böyüklərə etiraz edə bilmədikləri üçün şiddət tərkibli oyunlara üstünlük verirlər. Onlar öz rahatlığını belə oyunlarda tapırlar.
 
– Bu oyun uşaqların özlərinə xəsarət yetirməsi ilə nəticələnir. Valideynlərin bunun qarşısını almaq üçün nə etməlidirlər?
– Burada valideyn birmənalı olaraq uşaqlar üzərində nəzarəti gücləndirməlidir. Bu o demək deyil ki, uşağın internetdən istifadə etməsi qadağan olunmalıdır. Yəni ki, uşaqlara təzyiq deyil, nəzarət olunmalıdır. Bunun üçün kompüter proqramları var ki, bu proqram vasitəsi ilə uşaqlar onlar üçün təhlükəli olan saytlara, oyunlara giriş edə bilmirlər. mən özüm də ailəmdə bu metoddan istifadə edirəm. Eyni zamanda kompüter, telefon, planşet uşaqların yataq otağında olmamalıdır. Olsa belə kompüter ekranı qapı ilə üzbəüz istiqəmətdə olmalıdır ki, valideyn otağa daxil olarkən uşağın internetdən nə üçün istifadə etdiyini görə bilsin.
– Ümumilikdə desək son zamanlar yeniyetmələr arasında intiharları sayı artmağa başlayıb. Bu haqda nə deyə bilərsiniz?
– Bəli, bunu çox təəssüflə qeyd etmək lazımdır. Əgər bir yeniyetmə dərslərini yaxşı oxumursa, bütün günü otağında tək olursa, qəmli musiqiləri dinləyirsə, saatlarla hamamda vaxt keçirirsə bu artıq SOS işarəsidir. Bu yaşda uşaqlar özünə qapanmağı çox sevirlər.  Burada valideynin üzərinə daha çox məsuliyyət düşür. Valideynlər uşağa daha çox diqqət yetirməli, onun hansı musiqiyə qulaq asdığına, necə filmlərə baxdığına fikir verməlidirlər. Çalışmalıdırlar ki, onlarla bərabər film izləsinlər, musiqi dinləsinlər. Xoşlarına gəlməyən nə isə olduqda isə bunu qaba şəkildə deyil, izah edərək bildirsinlər. Bu yaşda olan uşaqlara ictimai fəaliyyəti yüksəldən seminarlara, məşğələlərə qatılmasına dəstək olmaq lazımdır.
Bəzi insanlar düşünürlər ki, Mavi Balina oyununun həddindən artıq ictimailəşməsi də bu oyunun reklamını edir. Belə ki, bu oyun haqda bilməyənlər də bu haqda maraqlanmağa başlayır…
Əksinə, bu haqda məlumatların verilməsi valideynlərin də maariflənməsinə xidmət edir. Onlar da uşaqlara daha çox nəzarət etməyə başlayırlar ki, bu da müsbət haldır.

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …