Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Maska tax, cərimə olunma” — Siyavuş Novruzov cərimələrin azaldılmasına qarşı çıxdı

“Maska tax, cərimə olunma” — Siyavuş Novruzov cərimələrin azaldılmasına qarşı çıxdı

Deputat Siyavuş Novruzov karantin qaydalarının pozulmasına görə təklif olunan cərimələrin məbləğinin azaldılmasına qarşı çıxıb.

 Demokrat.az-ın məlumatına görə, o, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, burada söhbət cərimənin miqdarından getmir: “Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı, ona riayət etməlidir. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur, bu, gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya da az olmasını müzakirə edək. Kimsə əhalidən dəstək almaq istəyirsə, xalq qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …