Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Maşını polisin üstünə sürdü – Gəncə-Qazax magistralında avtoreyd (VİDEO)

Maşını polisin üstünə sürdü – Gəncə-Qazax magistralında avtoreyd (VİDEO)

300 sürücü cərimələndi.
Baş DYP idarəsinin istirahət günləri Gəncə-Qazax magistralında keçirdiyi reydlər zamanı yüzlərlə sürücü cərimələnib.
Tovuzdan başlayan reyd zamanı polislər daha çox sənədsiz sükan arxasında əyləşənləri aşkarlayıb. Sərnişindaşıma ilə məşğul olan sürücüyə haqq qazandıran sərnişinlər də tapılıb.
Qazaxda isə sərxoş sürücülər çoxluq təşkil edib. Yerində aparılan həkim yoxlaması bunu deməyə əsas verir. Hətta, avtomobili yol polisinin üstünə sürənlər də tapılıb.
Şəmkirdə də xeyli qayda pozuntusu aşkarlanıb. Onlarla sürücü inzibati qaydada cərimələnib.
Ümumilikdə, 300-ə yaxın sürücüyə inzibati protokol tərtib edilib. (Region TV)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın