Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Maşını özüm sürəcəm?” – Bəhram Bağırzadə evə buraxıldı + Foto+Video

“Maşını özüm sürəcəm?” – Bəhram Bağırzadə evə buraxıldı + Foto+Video

B. Bağırzadə özü də vəziyyəti ilə bağlı “Qafqazinfo”ya danışıb:

“Həmişə Allaha dua etmişəm, ona təvəkkül edib yaşamışam. Allahın mənə, valideynlərimə rəhmi gəldi. Baxmayaraq ki, bu qədər insan koronavirusdan dünyasını dəyişib. Eyni zamanda Azərbaycan Prezidentinə minnətdaram. Belə gözəl şərait yaratmasaydı, səhiyyədə belə düzgün sistem olmasaydı, həkimlər mənim üzərimdə gecə-gündüz çalışmasaydı, bəlkə də mən bu vəziyyətdən çıxa bilməyəcəkdim. Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. O olmasaydı, onun nəzarəti olmasaydı, bəlkə də bu gün mən sizinlə təmasda olmayacaqdım. Öz minnətdarlığımı bildirirəm, Mərkəzi Gömrük Hospitalının xadiməsindən tutmuş baş həkiminə kimi hər kəsə təşəkkür edirəm. Onlar bu müharibənin qəhrəmanlarıdır. Fəxr edirəm ki, Azərbaycanda belə həkimlərimiz var. Vaxtınızı, zamanınızı halal edin, çünki mən bu günlərdə sizə əziyyət verdim, 46 gün sizi gərgin saxladım”.

Əməkdar artist evə yola salınan zaman onun ardınca gələn dostları ilə zarafat da edib: “Maşını özüm sürüb gedəcəm?”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …