Şənbə , Aprel 20 2024
Ana səhifə / “Maşın-şou”da döyülən stilist danışdı – Dava

“Maşın-şou”da döyülən stilist danışdı – Dava

“Maşın şou” ətrafında yaşanan şou artıq qalmaqala çevrilib. Hətta iş o yerə çatıb ki, “M Group Production” gecə ilə bütün mühafizə işçilərini səfərbər etməli olub. Publika.az-ın əldə etdiyi məlumata görə, stilist Anar Ağakişiyevin şouda Abbas Bağırova dəstək olmaması müğənni Xatirə İslamı özündən çıxarıb. Redaksiyamıza daxil olan məlumata görə, veriliş bitən kimi müğənni hər kəsin gözü qarşısında stilistə təzyiq göstərib. Bu azmış kimi, Xatirə İslam hətta Anar Ağakişiyevi döydürəcəyi ilə də hədələyib. Daha sonra şounun iştirakçılarını pavilyondan hotelə aparan avtobusun qarşısını bir nəfərin kəsərək Anar Ağakişiyevə hücum çəkdiyi deyilir.

Hadisədən xəbər tutan şounun rəhbəri Murad Dadaşov gecə ilə mühafizə xidmətini iştirakçıları qorumağa çağırıb. Aranı sakitləşdirən mühafizəçilər iştirakçıları sağ-salamat hotelə çatdırıb. Anar Ağakişiyevi isə səhərə qədər mühafizə xidməti qoruyub.

Hadisə ilə bağlı olaraq stilist Anar Ağakişiyev eksklüziv açıqlama verib:

– Anar, əldə etdiyimiz məlumata görə, axşam “Maşın-şou”dan çıxıb hotelə gedərkən yolda sizə şou iştirakçılarının birinin yaxını tərəfindən hücum olub… Səbəb də bu olub ki, niyə Abbasın şəklini atmamısan…

– Tamaşaçılar mənim səmimiyyətimə inanır və bilir ki, mən necə doğru-dürüst insanam və həmişə sözün düzünü demişəm. Yenə də düzünü deyəcəyəm. İlk növbədə onu deyim ki, mən kimin şəklini atıb-atmamağımla bağlı özüm qərar verirəm. Heç kim məni yönləndirmir. Ola bilər ki, kimsə kimisə yönləndirsin, amma bu, mənə qarşı mümkün deyil. Özüm öz başıma, öz canıma cavabdehəm. O ki qaldı mənə qarşı hücuma, heç bir təzyiq görməmişəm. Ola bilər, kimsə görsün, amma mən görməmişəm.

– Şouda iştirak edən Xatirə ilə münasibətləriniz necədir? – Çox gözəl münasibətimiz var; gözəl deyəndə ki, salam-sağolumuz var. Nə dostuq, nə də düşmən.

– Hətta deyilənə görə, mühafizə səhərəcən yanınızdan çəkilməyib… – Mən bilirəm bunu sizə kim deyib. Ola bilər ki, o adam bunu görüb, amma mən görməmişəm. Görmədiyim bir hadisə haqqında danışa bilmərəm.

– Yəni o adam uydurur? – Əstəğfürullah. Sadəcə olaraq, mən görməmişəm.

– Deməli, hadisə baş verib ki, o adam bunu görüb… – Mən öz adımdan deyirəm ki, mən görməmişəm. Elədirsə, elə o adamın özündən soruşun, özü danışsın.

– Biz onunla danışmışıq, indi sizinlə dəqiqləşdirmək istəyirik. – Mən öz adıma cavabdehəm. Hadisənin olub-olmadığını mən görməmişəm.   – Bəs bu söz-söhbət nədən qaynaqlanır? – Bu, realiti şoudur. Hər bir iştirakçı ilə sözümüz çəp gələ bilər, küsüb-barışa bilərik. Amma dava, bıçaqlanma, əlbəyaxa olmayıb. Olsaydı, deyərdim ki, aramızda dava olub, indi barışmışıq. Kimsə bunu görübsə, qoy bu hadisəni özü danışsın.

– Yəni xırda mübahisə də olmayıb? – Mübahisə olub – Mehriban xanımla da, digərləri ilə də. Deyiblər, filankəsin şəklini niyə atmamısan və s.

– Şəklini atsalar, Xatirəni çıxaracaqsan? – Onsuz da kimsə kimisə çıxaracaq. Sona üç nəfər qalacaq və iştirakçılar azaldıqca bir-birini atacaq.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın