Ana səhifə / Aktual / MASALLIDA GƏRGİN SEÇKİ MÜBARİZƏSİNİN STARTI VERİLİB – Şeyxin və Əhəd Abıyevin adamlarına “STOP” qoyulur

MASALLIDA GƏRGİN SEÇKİ MÜBARİZƏSİNİN STARTI VERİLİB – Şeyxin və Əhəd Abıyevin adamlarına “STOP” qoyulur

Azinforum.az qarşıdan gələn parlament seçkilərilə bağlı araşdırmalarını davam etdirir. Xüsusilə də, “Çətin seçki dairəsi” rubrikamız çərçivəsində mandat qazanmaq arzusu toqquşa biləcək şəxslər barəsində ehtimallarımızı, təhlillərimizi və araşdırmalarımızı təqdim edirik. Qeyd edək ki, yaratdığımız yeni rubrika oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Bunu redaksiyamıza edilən telefon zənglərindən, göndərilən məktublardan hiss edirik. Hazırda maraqların toqquşduğu dairələrdən biri də Masallıdır.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Masallıda üç əsas namizəd arasında mübarizə gedəcək. Onlardan biri, Ədalət Həşimovdur. Uzun illər məhkəmə-hüquq sistemində çalışıb. Rayonda normal nüfuza malikdir. Amma Əhəd Abıyevin adamı olaraq seçkiyə qatılacaq. Çünki Əhəd Abıyev hazırda Masallıdakı mövqelərini itirmək üzrədir və bu səbəbdən də Milli Məclisdə adamının təmsil olunmasını istəyir.

ehed
İkinci namizəd, hazırkı deputat Nəriman Əliyevdir. Ötən seçkidə YAP-ın namizədi olaraq seçkilərə qatılıb. İri biznes imkanlarına  sahibdir. Masallıda tikinti materialları bazarı var. Əsasən Şeyxin adamı olaraq tanınır. Bu seçkilərdə iştirakı sual altına düşsə də, sonradan razılığa əsasən qatılacağı dəqiqləşib. Rayon üçün tutarlı heç bir iş görmədiyi üçün nüfuzu xeyli aşağıdır.

all

Üçüncü əsas namizəd isə , Xalıq Şükürovdur. Hüquq üzrə fəlsəfə doktoru , dosentdir. Kifayət qədər ciddi hüquqi bilgilərə malikdir. hakimiyyəy dairələri yanında da nüfuzu böyükdür. Bildirilir ki, onun seçkilərə qatılmasını hakimiyyət içindəki qruplaşmaların bir neçəsi istəyib. O da bu seçkilərin favoritlərindən hesab olunur və Masallıda nəsil-nəcabət baxımından nüfuzlulardan sayılır.

Mövzuya qayıdacayıq…

Vidadi,

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın