Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Masallıda dəhşətli hadisə – Körpə yanaraq öldü

Masallıda dəhşətli hadisə – Körpə yanaraq öldü

Dünən gecə saatlarında Masallı rayonunda dəhşətli yanğın olub.

Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Yolağac kəndində baş verib.

Yalçın Abbasquliyevə məxsus ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Yanğın saat 03:50-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın