Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”

“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”

“Bəziləri sanki elə qələmə verirlər ki, Milli Məclisdə xalqı düşünən yoxdur. Halbuki  burada xalqın mənafeyinə uyğun yüzlərlə çıxışlar olur. Sadəcə telekanallarımız bunu işıqlandırmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O, bu məsələdə AzTv-dən və İctimai TV-dən narazılığını ifadə edib: “AzTv yalnız komitə sədrlərinin çıxışları efirdə verir. Ancaq deputatların çıxışından heç nə vermirlər. Həftədə parlamentlə bağlı 1 saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir.

Ümumiyyətlə isə, İctimai TV bizdən heç nə vermir. Hansı ki büdcə və vergilər hesabına maliyyələşir. Biz bəzən jurnalistlərə  foyedə açıqlama verilməli oluruq. Çox hallarda soyuqlu havalarda parlamentin həyətində danışmalı oluruq. Bu da yaxşı deyil. Yaxşı olardı ki, bizə bununla bağlı ayrıca otaqlar verilərdi”.

Buna cavabında spiker Oqtay Əsədov belə deyib: “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …