Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual /  MASAJ SALONU SAHİBLƏRİ JURNALİSTİ HƏBS ETDİRMƏK İSTƏYİR (VİDEO)

 MASAJ SALONU SAHİBLƏRİ JURNALİSTİ HƏBS ETDİRMƏK İSTƏYİR (VİDEO)

“Infoplyustv.az” saytının baş redaktoru Cəlal Məmmədov həbs təhlükəsi ilə üzləşdiyini deyir. O, Azinforum.az-a açıqlamasında bildirib ki, buna səbəb jurnalist fəaliyyəti əsasında apardığı silsilə araşdırmalar səbəb olub:
“Mən, paytaxtın bəzi yerlərində masaj salonu adı altında fəaliyyət göstərən məkanlarla bağlı apardığım araşdırmalara görə belə haqsızlıqla rastlaşmışam. Masaj salonu adı ilə əxlaqsızlıq yuvaları təşkil edən şəxslər bu araşdırmalardan narahat olduqları üçün belə addım atıblar. Bu işin başında duran Mehman adlı şəxs və onun bir neçə əlaltısı Səbail rayon polisinə yalan ifadələr verərək mənim həbsimə nail olmaq istəyirlər. Mən , ölkə rəhbərliyindən və əlaqədar dövlət qurumlarından xahiş edirəm ki, bu işi ciddi nəzrətə götürsünlər. Rastlaşdığım haqsızlıqla bağlı 14 dövlət qurumuna rəsmi müraciətlər də ünvanlamışam. Barəmdə aparılan araşdırma hazırda Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Nəsirovun icraatındadır. Qeyd etmək istəyirəm ki, həmin masaj salonu adı ilə işbazlar külli miqdarda pul qazanır və təbii ki, mənim kimi jurnalistin apardığı araşdırma onlara ciddi maneə törədib. Bu səbəbdən də nəyin bahasına olursa-olsun məni şərləyərək həbsə salmağa çalışırlar. Bu azmış kimi, həmin işbazlar bəzi dövlət orqanlarında rəhbər vəzifədə çalışan şəxslərin adını öz himayədarları kimi çəkirlər. Mən, bütün bu məlumatları öz şikayətlərimdə qeyd etmişəm”.
Jurnalist Azinforum.az-a bildirdi ki, onun müraciətinə lazımi reaksiya verilməsə masaj salonlarının sahibləri onun həbsinə nail ola biləcəklər.

Bazar günü olduğu üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.

Azinforum.az jurnalistin ölkə rəhbərliyi və hüquq-mühafizə orqanlarına  ünvanladığı videomüraciəti təqdim edir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın