Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Marneulidəki olaya görə azərbaycanlı deputat da saxlanıldı

Marneulidəki olaya görə azərbaycanlı deputat da saxlanıldı

Gürcüstan prokurorluğu “Vahid Milli hərəkat” partiyasından deputat olan Azər Süleymanovu da Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı davranışda ittiham edib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, prokurorluğun məlumatında bildirilir ki, parlamentin deputatı Azər Süleymanov Elçin Allahverdiyevdən kimin tapşırığı ilə sosial şəbəkədə canlı yayıma qoşularaq məlum çıxışı etdiyini açıqlamağı tələb edib. Sonra isə azərbaycanlı Ramin Allahverdiyev (Marneuli rayon şurasının hakim partiyadan olan deputatı) və E.Q adlı vətəndaş Elçin Allahverdiyevi fiziki təhqir ediblər.

Prokurorluğun məlumatına görə, bütün bunlar “Vahid Milli hərəkat”ın ofisində baş verib. Daha sonra E.Allahverdiyevi restoranlardan birinin ərazisinə aparıblar. Orada onları Marneuli meri Temur Abazov gözləyib. Abazov Allahverdiyevin üzünə tüpürüb və onu vurub. Daha sonra internetdə canlı yayıma qoşularaq əvvəlki çıxışına görə üzr istəməyi və öz arvadını təhqir etməyi tələb edib.

Sonda isə E.Allahverdiyevi kamera qarşısında öz sidiyi ilə yuyunmağa məcbur ediblər.

Günahı sübut olunacağı təqdirdə Azər Süleymanovu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A. Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …