Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Marneulidə iş adamı Səməd Hüseynovun yubileyi qeyd olunub – Əflatun Amaşov diplom təqdim etdi + FOTO

Marneulidə iş adamı Səməd Hüseynovun yubileyi qeyd olunub – Əflatun Amaşov diplom təqdim etdi + FOTO

Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, tədbiri Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq yubilyarın  el-obada tanınmış insan kimi xeyriyyəçilik missiyası barədə danışıb.
Sonra Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev əslən Marneulidən olan iş adamı, xeyriyyəçi S. Hüseynovun  regionda, eləcə də Gürcüstanda energetika sahəsində bacarıqlı kadr kimi çalışmasından söhbət açıb.
Tədbirdə Əflatun Amaşov S. Hüseynova Azərbaycan-Gürcüstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xidmətə görə və 55 yaşının tamam olması ilə bağlı diplom təqdim edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, www.gaxa.ge saytının rəhbəri Nizami Məmmədzadə S. Hüseynovu hələ sövet dönəmindən tanıdığını və onun hazırda Azərbaycanda energetika sahəsində çalışdığını və bu sahənin daha da irəliləməsinə və inkişafına töhfələr verdiyini vurğulayıb.
Yubiley tədbirində yazıçı Əli Abbas, ziyalı Zahid Nəsibov, jurnalist Təhməz Təhməzov və tədbirə qatılan bir çox məktəb direktorları, S. Hüseynovun müəllimləri onu xeyirxah, el-oba qədri bilən xeyriyyəçi kimi tanıdıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstana səfəri çərçivəsində Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və Azərbaycanın Gürcüstandakı səfirliyində olub.
www.gaxa.ge

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …