Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Aktual / Marketdən “Badamlı” aldı, içəndə spirt olduğu üzə çıxdı – Foto

Marketdən “Badamlı” aldı, içəndə spirt olduğu üzə çıxdı – Foto

Müştəri Bakıda fəaliyyət göstərən “Al Market”dən üzərində “Badamlı” etiketi olan qazsız su alsa da, içəndə onun spirt olduğunun fərqinə varıb.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Nərmin Adil adlı feysbuk istifadəçisi sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, ötən gün axşam saatlarında “Al Market”in Əhmədli filialında vitrindən “Badamlı” markalı sadə qazsız su götürüb:

“Telefonla danışa-danışa gəlib həyətimizdə açdım və başıma çəkdim. Bir saniyə sonra anladım ki, bu, su deyil, spirt kimi bir dadı var, ağzımı, boğazımı, mədəmi yandırdı. Qonşular su verdilər. Getdim marketə, dedilər ki, yanlış düşüb, firma dezinfeksiya məhlulu göndərib, onu da satıçılar yanlışlıqla su bilib vitrinə düzüblər. Durumu elə də ciddiyə almadılar. Evə gələndən 1 saat sonra artıq gözlərim iki görürdü, nəfəs darlığı başladı. Təcili tibbi yardım və polis çağırdıq. “Semaşko”nun Toksikologiya şöbəsinə gətirildim. Dünəndən vəziyyətim ağırdır, ekspertiza və qan analizi nəticəsində qanımda metil spirti aşkarlandı. Baş verənlərə görə, “Al Market” şəbəkəsi tərəfindən mənə nə bir zəng edilib, nə də üzrxahlıq bildirilib. Hazırda gözlərimdə və sinir sistemimdə bu kimyəvi məhlula görə problem yaranıb”.

Məsələ ilə bağlı şikayət olunan “Al Market”in rəsmisi ilə əlaqə saxlasaq da, o, daha sonra açıqlama verəcəyini bildirib. Daha sonra telefona cavab verilməyib.

Həmçinin oxuyun

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” – FOTOLAR

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. …