Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Mardan Palace” hoteli barədə – SON QƏRAR

“Mardan Palace” hoteli barədə – SON QƏRAR

Dünyanın ən lüks otelləri arasında yer alan “Mardan Palace” hotelinin satışı üçün geri sayım başlayıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2009-ci ildə keçmiş azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən açılan, lakin borclarına görə Halk Bankına verilən hotel üçün son mərhələnin olduğu bildirilib.

Bu barədə “Titanic Hotels”in idarə heyətinin sədri Mehmet Aygün məlumat verib. O, Halk Bankının rəsmiləri ilə aparılan danışıqların son mərhələyə gəldiyini qeyd edib: “Hazırda otel üçün yeganə namizəd bizik. Bank rəsmiləri ilə keçirdiyimiz görüşlər davam edir. Son iclasdan sonra imzalar atılacaq”.

Xatırladaq ki, “Mardan Palace” hoteli Antalya Kunduda 2009-cu ildə Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək, xidmətə verilib. Amma hotel borclarına görə icralıq olub.

“Hürriyet” daha öncə də borclarına görə icralıq olub, sənədləri Halk Bankına dövr edilən “Mardan Palace” hoteli üçün “Titanik Hotels” və Maya Qrupunun masada olduğunu gündəmə gətirmişdi.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …