Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Aktual / “Mango” müştəriləri belə aldadır – “Kassada 79 manat aldılar”

“Mango” müştəriləri belə aldadır – “Kassada 79 manat aldılar”

“Etiketin üstünə 49.9 yazılmışdı, kassada 79 manat olduğunu öyrəndim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə “Mango” geyim markasından şikayətində yazıb. Bildirib ki, mağazalar şəbəkəsində 50%-dən endirim olduğu üçün alış-verişə gedib. Bu zaman hər birinin üzərində qiyməti 49.99 yazılmış şalvar və köynək seçib.

Lakin kassaya yaxınlaşdığı zaman ona qiymətlərin fərqli olduğu bildirilib.

“Köynək 85 AZN-dən 79 AZN-ə düşüb, şalvar isə 59 AZN-də qalıb. Təsəvvür edin ki, belə qiymət səhvi olan onlarla paltar var. Mənim də 2 saat vaxtım boşuna getdi”.

Şikayətçi sonda mağazanın məhsul şəxsinə yaxınlaşıb və  ona qiymətlərin həqiqətən səhv vurulduğunu bildiriblər.

Həmçinin oxuyun

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”.  Bunu …