Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Mandatını əlindən alıb ferma müdiri göndərmək lazımdır” – ETİRAZ

“Mandatını əlindən alıb ferma müdiri göndərmək lazımdır” – ETİRAZ

Deputat Eldəniz Səlimovun Xaçmaz rayon polis şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsinə təpkilər davam edir.

Yenisabah.az xəbər verir ki, əslən Xaçmaz rayonundan olan Əməkdar jurnalist Azər Həsrət də deputatın qanun keçikçisinə əl qaldırmasına etiraz edib.

Jurnalist Eldəniz Səlimovun məlum hərəkətinə belə reaksiya verib: “Bu adam bölgədə restoran davalarıyla tanınır. Indi polisimizin öz ləyaqətini qoruma vaxtıdır. Axıra kimi getməlidir. Yoxsa polis gözdən düşəcək. Bunun cəzası mandatını əlindən alıb uzaq bir kəndə ferma müdiri göndərmək kimi olmalıdır…”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …