Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / “Mançester Yunayted” ingiltərəli oyunçunun transferindən imtina etdi

“Mançester Yunayted” ingiltərəli oyunçunun transferindən imtina etdi

İspaniya “Atletiko”sunda çıxış edən Kiran Trippyerin İngiltərənin “Mançester Yunayted” klubuna keçidi baş tutmayıb.

“Report” “The Athletic” nəşrinə istinadən xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin İngiltərə Futbol Assosiasiyası tərəfindən 10 həftəlik cəzalandırılması səbəb olub.

İngiltərəli oyunçu mərc oyunlarına pul qoyuluşu etməkdə günahlandırılır. “Mançester Yunayted” Trippierlə müqavilə imzalamaq istəsə də, artıq danışıqları dayandırıb.

Qeyd edək ki, Kiran Trippyer 2019-cu ildən “Atletiko”da çıxış edir.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …