Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Aktual / “Mall”lara vaksin pasportsuz girsək, bizi nə gözləyir?

“Mall”lara vaksin pasportsuz girsək, bizi nə gözləyir?

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmir. Mövcud qaydalar qüvvələr saxlanılır. Nəzərə alsaq ki, qarşıda tədris işləri başlanılacaq hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalıdır. Çalışaq ki, tələbələr tədrisini əyani formada davam etdirə bilsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O qeyd edib ki, toy, nişan, ad günləri keçirilməsində yaradılmış monitorinqləri müəyyən qurumlar həyata keçirir: “İyulun 1-dən bu günə qədər 4865 toy şənliyinin monitorinqi həyata keçirildi. Burada ümumi vəziyyət ağır olaraq qaldı. 38 nəfər həbs edilib. 2366 nəfər barəsində inzibati tənbeh tədbiri seçilib. 27 şəxs barəsində materiallar məhkəməyə göndərilib. 31 nəfər barəsində cinayət işi başlanılıb. 46899 nəfərin COVID pasport olmadan toylara girişi qadağan olunub. Onlar arasında potensial virus daşıyıcısı olanlar olub.

Təhsil müəssisələrində əyani tədris başlayacaq. Monitorinq qruplarına əlavə olaraq Təhsil Nazirliyinin nümayəndələri də cəlb olunacaq. Hansısa iri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas tutulacaq, o mərkəzlərin qabağına polis qoyulması nəzərdə tutulmur. Əsasən obyektin işçiləri bu işi həyata keçirəcək. Kimsə iri ticarət mərkəzinə pasportsuz daxil olubsa, məsuliyyət obyekt sahibinin üzərinə düşəcək. Bu barədə həmin şəxslər qanunlar məsuliyyətə cəlb olunacaqlar.

Onlar obyektdə mövcud normanın necə həyata keçirilməsini yoxlayacaqlar. Əgər sahibkarlıq subyektinin rəhbəri onun barəsində verilmiş qərardan nəticə çıxarmayıbsa, həmin obyektin fəaliyyətinin dayandırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …