Ana səhifə / Aktual / Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu Mərkəzə qarşı məhkəmədə iddia qaldırıb.

O, işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə işə bərpa olunması və əmək haqqı tələbi irəli sürüb.

İddia Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə araşdırılacaq.

Əgər hakim iddianı qəbul edərsə, Hərracların Təşkili Mərkəzinə işə bərpa olunacaq və ona işdən çıxarıldığı müddət üçün əmək haqqı ödəniləcək.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Malik Vəliyevdir. O, bu ilin fevral ayında bu vəzifəyə təyin olunub.

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …