Ana səhifə / Aktual / Makron Zelenskidən ilhamlanıb imicini dəyişdi – Fotolar

Makron Zelenskidən ilhamlanıb imicini dəyişdi – Fotolar

Fransa Prezidenti Emmanuel Makron geyim tərzi baxımından hazırda Avropada öz stilinə görə ən çox müzakirə olunan ukraynalı həmkarı Volodimir Zelenskidən nümunə götürməyə başlayıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Nəşr bildirir ki, Fransa Prezidenti daim ictimaiyyət qarşısına üzü təraş olmuş və kostyumu üzərinə qüsursuz yaraşan şəkildə çıxır. Lakin Emmanuel Makron yeni yayılan fotoları ilə özünün adət edilən tərzini bir kənara qoyduğunu deməyə əsas verib. Belə ki, sözügedən fotolarda Makron Yelisey sarayında kifayət qədər rəsmi olmayan geyimdədir.

Məqalə müəlliflərinin fikrincə, Fransa Prezidenti son zamanlar videomüraciətlərində kifayət qədər sadə geyinən Volodimir Zelenskidən nümunə götürməyə qərar verib.

Makronun geyim tərzinin belə anidən dəyişməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun bu addımını təqdir etsələr də, qınayanlar da az olmayıb.

Həmçinin oxuyun

“Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir” — Nəsiman Yaqublu

Düz 104 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına …