Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Aktual / “MAKROMAT” MARKETLƏRİNDƏ QİYMƏT VƏ BONUS FIRILDAĞI – “GEDİN HARA İSTƏYİRSİNİZ ŞİKAYƏT EDİN”

“MAKROMAT” MARKETLƏRİNDƏ QİYMƏT VƏ BONUS FIRILDAĞI – “GEDİN HARA İSTƏYİRSİNİZ ŞİKAYƏT EDİN”

Oktyabrın 11-i saat 19 radələrində “Makromat” mağazalar şəbəkəsinin   Ayna Sultanova heykəlinə yaxın ərazisində (Ziya Bünyadov prospekti, 54) yerləşən mağazasında müştərilərlə mağaza əməkdaşları arasında ciddi qalmaqal yaşanıb.

Bu barədə məlumatı Azinforum.az-a hadisənin şahidi olan vətəndaşlar veriblər. Qalmaqala səbəb mağazanın müştəriləri aldatması olub:

“Çox ziyalı körkəmli olan  xanımlar kassada görüblər ki,  vitrinlərdə yazılan qiymətlərlə kassada tələb edilən pul arasında kəskin fərq var. Bu səbəbdən də onlar mağazanın müdriyyətini çağırıblar. Hadisə yerinə gələn və özünü  mağazanın müdriyyəti kimi təqdim edən,  Ayaz adlı birisi müştərilərlə çox kobud tonda danışıb  və onlara deyib ki, gedin hara istəyirsiniz şikayət edin. Narazı müştərilərdən biri “ANS-i gətirəcəm” qışqıraraq marketi tərk edib”.

Qeyd edək ki, bir müddət əvvəl “Makromat” mağazalar şəbəkəsinin bonus kampaniyası barədə də KİV-lərdə şikayət məzmunlu materiallar yer almışdı.

Azinforum.az olaraq biz yenidən həmin bonus kampaniyası ilə maraqlandıq. Məlum oldu ki, hər 10 manat alış-veriş edənə 1 bonus yazılır.  Ancaq təqdim olunan hədiyyələri qazanmaq üçün müştərinin bonus yığması qeyri-mümkündür. Məsələn,  kampaniyada  Apple İPod-a sahib olmaq üçün  müştəri 2560 bonus yığmalıdır ki, bunun üçün də o, 25 min 600 manat xərcləməlidir.

Sadə  dillə desək, “Makromat”dan Apple İPod-a sahib olmaq üçün vətəndaş evini satıb həmin marketdə xərcləməlidir…

“Makromat” mağazalar şəbəkəsinin   də mövqeyini dinləməyə hazırıq.

bnus

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Əli İnsanovun keçmiş “qara kassası” “mənzil baronu” rolunda… – İDDİA

Səhiyyə Nazirinin müavini Elsevər Ağayev səhiyyəni yox, turizm sahəsini dirçəldir. Qlobal.az-ın əldə etdiy məlumata görə …

Bir cavab yazın