Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Makedoniyanın adı dəyişdirilir – Parlament təsdiqlədi

Makedoniyanın adı dəyişdirilir – Parlament təsdiqlədi

Makedoniya parlamenti ölkənin adının “Şimali Makedoniya Respublikası” kimi dəyişdirilməsini nəzərdə tutan Konstitusiyaya düzəlişlər layihəsini təsdiqləyib.

Müvafiq dəyişikliklər Makedoniyanın NATO və Avropa İttifaqına qəbul olunması üçün Yunanıstanla razılaşmaya əsasən edilib.

Virtualaz.org xatırladır ki, Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib.

Yanvarın 11-də keçirilən səsvermədə 120 deputatdan 81-i dəyişiklikləri dəstəkləyib.

İndi dəyişikliklə bağlı sövdələşmənin qüvvəyə minməsi üçün Yunanıstan parlamentindəki 300 deputatdan ən azı 151-i onun ratifikasiyasını dəstəkləməlidir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …