Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Makdonalds”a da hicabla girməyi qadağan etdilər? – VİDEO

“Makdonalds”a da hicabla girməyi qadağan etdilər? – VİDEO

Axı müsəlmanın “Makdonalds” tipli haram, murdar və zərərli qidalar verilən məkanlarda nə işi var?..
Böyük Britaniyada “Makdonalds”ın bir müsəlman qadın ziyarətçisi  biabırçı dini ayrı-seçkilik olayı ilə üzləşib.
Moderator.az yazır ki, bu haqda Britaniyanın nüfuzlu “The Sun” nəşri xəbər yayıb. Xəbərdə deyilir ki,  qız özünü  itirmədən baş verənləri cib telefonuna çəkib və sonradan  video-yazını sosial şəbəkəyə yerləşdirib.
19 yaşlı müsəlman tələbə Londonun şimalındakı “fast-fud” yeməkxanlarından birinin girişində ondan hicabını çıxarmasını tələb edən bir təhlükəsizlik işçisi ilə qarşılaşıb. Video-yazıda  qızın  qəzəblə mühafizəçini dini nifrət zəminli cinayətdə ittiham etdiyi görünür. Müsəlman qızın sözlərinə görə, o, İngiltərədəki həyatı boyu bir dəfə də olsun, bu cür ayrı-seçkiliklə üzləşməyib. “McDonalds”-ın digər qonaqları da tələbə qızın müdafiəsinə qalxır və gözətçini sağlam mühakiməyə  səsləyirlər. Lakin kafenin digər işçiləri mühafizəçinin islamofob davranışının qarşısını almağa  tələsmirlər.
“Mən bir daha “Makdonalds”a getməyəcəyəm”,-deyə rəzil olaydan sonra müsəlman qız deyir
Korporasiyanın mətbuat xidməti video-yazının yayımlanmasından sonra öz əməkdaşlarının hərəkətləri üzündən üzr istəyib və “fastfud” şəbəkəsinin müştəri siyasətində bu cür ayrı-seçkilik qadağalarının nəzərdə tutulmadığını bildirib.
P.S. Axı müsəlmanın belə haram, murdar, tibbi baxımdan da zərərli, içindən qurd, ibliz çıxan qidalar verilən “Makdonalds” kimi məkanlarda nə işi var ki, qarşısına da belə olay çıxa?..
Sultan Laçın

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …