Ana səhifə / Aktual / Mais Məmmədov Mirşahindən inciyib: “Məni işə dəvət etmədi…”

Mais Məmmədov Mirşahindən inciyib: “Məni işə dəvət etmədi…”

Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbəri olduğu “Real” TV-nin yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir. Artıq Milli Televiziya və Radio Şurası televiziyanın peyk yayımı üçün müddətsiz lisenziya verib.
Telekanalda ləğv edilən ANS TV-nin keçmiş əməkdaşlarının çalışacağı bildirilir. Bir çox jurnalistlər “Real” TV-də işə başlayacaqlarını təsdiqləyiblər. Yeni əməkdaşlar arasında Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov və Natiq Nailəoğlunun olduğu deyilir. Məlumata görə, ANS-in keçmiş rəhbəri Vahid Mustafayev bu layihədə yer almayacaq.

Ləğv edilmiş ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında Mirşahinin komandasında təmsil olunmayacağını bildirib. O, vurğulayıb ki, Mirşahin Ağayev ona iş təklifi etməyib.

“Mənə təklif gəlməyib. Bu səbəbdən o komanda olmayacağam. Yəni “Rela TV “–də işləməyəcəm. Mənim orada nə işim var?”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …