Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / Mahir Quliyevin iki kadrı vəfat etdi

Mahir Quliyevin iki kadrı vəfat etdi

Biləsuvar Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq rəhbəri vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bir müddətdir xərçəngdən əziyyət çəkən baş memar Yaşar Əzimov dünyasını dəyişib.

Rayonun həbsdə olan keçmiş icra başçısı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov da həyatını itirib. Onun koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, Mahir Quliyev bu ilin aprel ayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  icra hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə ittiham olunurdu.

DTX-nin yaydığı rəsmi məlumatda P. Şahbazovun da adı çəkilirdi. Bildirilirdi ki, Mahir Quliyev köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …