Cümə , Aprel 19 2024
Ana səhifə / Madonna həbs olunan oğlundan danışdı – “Bizə hörmət edin…”

Madonna həbs olunan oğlundan danışdı – “Bizə hörmət edin…”

Məşhur amerikalı pop ulduz Madonna 16 yaşlı oğlunun həbs olunmasına münasibət bildirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni oğlu Rokko Ritçiyə hər zaman dəstək olacağını bildirib.

“Oğlumu çox sevirəm. Ona ehtiyacı olan dəstəyi vermək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Sizdən xahiş edirəm, bizə hörmət edin, artıq rəy bildirməyin” – Madonna qeyd edib.

Xatırladaq ki, atası Qay Ritçinin Londondakı evində qalan Rokko qonşuların şikayəti nəticəsində saxlanılıb. Polis onun üzərinə baxış keçirən zaman narkotik maddə tapıb.

Polisin məlumatına görə, 16 yaşlı gənc artıq girov qarşılığında sərbəst buraxılıb.

Qeyd edək ki, Madonna və Ritchie 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıblar. Oğulları Rokko keçdiyimiz dekabr ayından etibarən atası Ritchie və onun yeni evləndiyi ögey anası model Jacqui Ainsley ilə birlikdə Londonda yaşayır.

Müğənni isə məhkəməyə müraciət etmişdi, oğlunu Londondan, atasının yanından Nyu-Yorka öz yanına qaytarmaq niyyətində idi.

Madonna həbs olunan oğlundan danışdı -  “Bizə hörmət edin...”
Madonna həbs olunan oğlundan danışdı -  “Bizə hörmət edin...”
Madonna həbs olunan oğlundan danışdı -  “Bizə hörmət edin...”

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın